İyulun 20-dən 22-dək Bakının Şıx qəsəbəsində yerləşən «Min bir gecə» istirahət mərkəzində Milli Mətbəx Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Mərkəzinin layihəsi çərçivəsində gerçəkləşəcək festivalda Azərbaycanın 12 rayonunun mətbəx nümunələri nümayiş etdiriləcək. 
   Milli Kulinariya Mərkəzinin baş texnoloqu Gülnar Ələsgərovanın qəzetimizə verdiyi məlumata görə, festivalın iştirakçıları tədbirin birinci günü kabab, ikinci günü sac yeməkləri, üçüncü günü isə ayrı-ayrı bölgələrə xas olan plov nümunələrini təqdim edəcəklər. Milli yeməklərimizin qədimliyini saxlamaq və hazırlanma qaydasını qorumaq məqsədilə təşkil edilən festivalın qalibi seçiləcək rayon növbəti ildə Azərbaycanı xarici ölkələrdə keçirilən milli mətbəx günlərində təmsil edəcək.
   
   Fəxriyyə Abdullayeva