Ermənistan silahlı birləşmələrinin 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımının 30 ili tamam olur. İnsanlıq əleyhinə cinayət kimi dəyərləndirilən bu qanlı hadisənin ildönümü münasibətilə bölgələrdə anım tədbirləri keçirilir.
İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə yeniyetmələr və gənclər arasında rəsm müsabiqəsi keçirilib. Ayişə Həmzə I, Malik Əsgərov II, Kamil Mürsəlov isə III yerə layiq görülüb.
Ağstafa RMİ Qazax rayon Mədəniyyət Mərkəzində “Xocalı – bir millətin kədəri” adlı film nümayiş olunub.
Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Əsrin faciəsi” adlı tədbir keçirilib. Tədbirdə məktəblilər Xocalı soyqırımı mövzusunda açılmış “Dəhşətli gecə” adlı rəsm sərgisi ilə tanış olub, şeirlər söyləyiblər. Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil edilib. N.Gəncəvi adına Mədəniyyət Mərkəzində isə “Dolu” bədii filminin nümayişi təşkil edilib.
Yardımlı rayon Heydər Əliyev Mərkəzində keçirilən “Humanizmə qəsd” adlı tədbirdə xalqımızın tarixinə qanla yazılmış faciənin bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğu vurğulanıb. Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində “Xocalı qan yaddaşımızdır” adlı tədbir keçirilib. Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə isə faciəni əks etdirən sərgi və fotostend nümayiş etdirilib.
Bərdə RMİ Bərdə rayon MKS-nin kənd kitabxana filiallarında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar müxtəlif tədbirlər təşkil olunub.
Lənkəran RMİ Astara rayon Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tarix dərsi keçirilib. Dərsdə mərkəzin əməkdaşları, Artupa kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Nurəddin Məmmədli