İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Yüksəliş” müsabiqəsi işçi qrupunun görüşü keçirilib. Görüşdə İsmayıllı RMİ-nin rəisi Elçin Nəcəfov, idarə və müəssisələrin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə müsabiqə üçün qeydiyyatdan keçmək istəyənlərə köməklik göstərilib və sualları cavablandırılıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan vətəndaşlarını əhatə edir. Müsabiqə qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və final mərhələlərindən ibarətdir.