Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Xurşudbanu Natəvan adına 4 nömrəli kitabxana filialında Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kitabxana filialın müdiri Aynur Babayeva, kitabxananın əməkdaşı Hilanə Babayeva, şairə Zərəngiz Dəmirçi Qayalı, 225 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Zemfira Nusalova Xocalı soyqırımından söz açıblar.
Sonda məktəbin şagirdlərinin ifasında Zərəngiz Dəmirçi Qayalının Xocalı faciəsi qurbanlarına həsr etdiyi “Cavab ver” poeması əsasında kompozisiya nümayiş olunub.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon MKS Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili, Xətai MKS-nin direktoru Həmidə Məmmədova, Vətən müharibəsi qazisi Şərif Əliyev çıxış ediblər.
Sonra Xocalı soyqırımından bəhs edən videoçarx və məktəblilərin iştirakı ilə kompozisiya nümayiş olunub.