Amerika Kino Akademiyası 94-cü “Oskar” təqdimatı ərəfəsində tamaşaçıların səsverməsinin nəticələrinə əsasən siyahını dərc edib.

Siyahıda “Hörümçək adam 3. Geriyə yol yoxdur”, “Avengers 4. Final”, “Matriks”, “Arzuladığım qızlar” və “Zak Snayderin ədalət liqası” filmləri yer alıb. Tamaşaçılar adları çəkilən filmlərə səs verə bilər.

Fevralın 15-də Amerika Kino Akademiyası mükafatlar sırasına “tamaşaçının zövqü” nominasiyasının əlavə olunduğunu elan edib. Tamaşaçılar #OscarsFanFavorite həştəqindən istifadə edərək akademiyanın “Twitter” səhifəsində bəyəndiyi filmlərə səs verə bilər.

94-cü “Oskar” mükafatlarının təqdimetmə mərasimi martın 27-də Los-Ancelesdə keçiriləcək.