Belçikalı sürrealist rəssam Rene Maqritin (1898-1967) “İşıq imperiyası” əsəri Londondakı “Sotheby’s” hərrac evində 59,4 milyon funta (təqribən 79,8 milyon dollar) satılıb. Bu barədə hərrac evi məlumat yayıb.

1961-ci ildə çəkilmiş tabloda toran vaxtı villa təsvir edilib. Evdə artıq işıq, binanın qarşısında isə ağ buludlu parlaq səma ilə tam ziddiyyətdə olan fənər yandırılıb.

“İşıq imperiyası” əsəri 2009-2020-ci illərdə Brüsseldəki Maqrit Muzeyində nümayiş olunub. Tablo Belçikanın paytaxtı ilə yanaşı, Paris, Vyana, Milan, Seul, Edinburq və San-Fransiskoda da sərgilənib. Rəssamın bu seriyadan digər işləri Venesiya, Nyu-York, Hyuston və Brüssel muzeylərinin kolleksiyalarına daxildir.

Cavid