Şəki Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialında “Şuşa İli” ilə əlaqədar sərgi təşkil edilib. Sərgidə bu il 270 illiyi qeyd olunan Şuşanın zəngin tarixi keçmişini, mədəni irsini, əsrarəngiz təbiətini əks etdirən foto və kitablar nümayiş etdirilib.
Bərdə RMİ Bərdə rayon Mədəniyyət Mərkəzində “Əziz Şuşa, sən azadsan!” adlı ədəbi-bədii gecə təşkil edilib. Tədbirdə RMİ-nin rəis müavini Validə Nabatova çıxış edərək Şuşa şəhərinin tarixi, Azərbaycanın mədəni və ictimai-siyasi həyatındakı yeri barədə ətraflı söz açıb. Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri tərəfindən “Şuşa İli”nə həsr olunmuş rəsmlər nümayiş olunub, ədəb-bədii kompozisiya nümayiş etdirilib.
Gəncə RMİ Goranboy rayon Heydər Əliyev Mərkəzində Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə “Şuşa – Qarabağın döyünən ürəyi” mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.
Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində “Şuşa – Qafqazın sənət məbədi” layihəsi çərçivəsində məktəblilər arasında bilik yarışı təşkil edilib. Yarışda Masallı şəhər 1, 2 və 3 saylı, Mahmudavar və Dəmirçi kənd məktəblərinin 8-11-ci sinif şagirdləri iştirak ediblər. Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadənin moderatorluğu ilə keçən yarışda şagirdlər mədəniyyət paytaxtımızla bağlı sualları cavablandırıblar. Qalib olan Mahmudavar kənd məktəbinin komandasına fəxri fərman, bütün komandalara isə iştiraka görə təşəkkürnamə təqdim edilib.
Şəmkir RMİ-nin təşkilatçılığı ilə Şəmkir şəhər Heydər Əliyev Mərkəzində xalq çalğı alətləri ifaçıları, xanəndəlik, fortepiano ixtisasları və xor kollektivləri arasında “Şuşa” musiqi festivalının I turu keçirilib. Birinci mərhələdə regional idarənin tabeliyində fəaliyyət göstərən 8 uşaq musiqi, incəsənət və aşıq məktəblərindən 9 ixtisas üzrə 120 nəfər şagird çıxış edib.
Sabirabad RMİ Hacıqabul rayon MKS-nin 1, 2, 3, 4, 5 saylı şəhər kitabxana filiallarının birgə təşkilatçılığı ilə “Sən azadsan, Şuşa!” adlı şeir qiraəti müsabiqəsi keçirilib.
Ağdaş RMİ Göyçay şəhər A.Məmmədov adına Uşaq musiqi məktəbində “Şuşa İli” adlı bədii-musiqili tədbir keçirilib. Tədbirdə Şuşa ilə bağlı videoçarxlar nümayiş etdirilib. Şagirdlər muğam sədaları altında Şuşaya həsr olunmuş şeirlər söyləyiblər.