10 mart – Milli Teatr Günü bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlərlə qeyd olunub.

Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə idarənin əhatə etdiyi rayonların teatr sahəsi üzrə bir qrup yaradıcı şəxsi ilə görüş keçirib. Tədbirdə Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq teatrı və Şirvan şəhər Mədəniyyət Mərkəzindəki həvəskar teatrın üzvləri iştirak edib. Görüşdə fikir mübadiləsi aparılıb, regionda teatr sənətinin inkişaf perspektivləri, problemləri barədə söhbət açılıb.

İsmayıllı RMİ Şamaxı rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin əməkdaşları tərəfindən Şamaxı rayon 1 saylı uşaq bağçası və körpələr evində azyaşlı oxucularla tədbir keçirilib. Tədbirdə uşaqların ifasında “Turp” nağılının personajları canlandırılıb.

Şəki RMİ Zaqatala rayon Mədəniyyət Mərkəzində görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskinin (1881-1919) xatirəsinə həsr olunmuş “Teatr düşüncələri” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə mərkəzin bədii rəhbəri Samirə Hümbətova görkəmli səhnə fədaisinin həyat və yaradıcılığından söhbət açıb.

Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzində milli teatrımızın bayramı münasibətilə keçirilən tədbirdə Xalq teatrının hazırladığı “Sonrakı peşmançılıq” tamaşası təqdim edilib.

Nurəddin