Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə martın 15-də Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin “Çahargah” muğam dəsgahının ifa məziyyətləri” mövzusunda elmi seminar keçirilib.
Seminarı BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə açıb.
Arif Əsədullayev seminarda təqdim olunacaq “Çahargah” tədris filmi haqqında fikirlərini bölüşüb.
Sonra film nümayiş olunub. Filmdə xanəndələrin ifasında “Çahargah” muğam dəsgahının bütün guşə və şöbələri ardıcıl olaraq səslənib.