Bölgələrdə “Şuşa İli” tədbirləri davam edir. Kürdəmir Regional Mədəniyyət İdarəsi (RMİ) Kürdəmir rayon Heydər Əliyev Mərkəzi, rayon Uşaq incəsənət məktəbi və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Kürdəmir nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Musiqi beşiyi – Şuşa” adlı tədbir keçirilib.

Tədbirdə mərkəzin direktoru Dürriyə Seyidova, GİKM Kürdəmir nümayəndəliyinin direktoru Nicat Ağarəhimov Azərbaycanın mədəniyyət incisi olan Şuşa haqqında, bu qədim diyarın görkəmli ədəbiyyat və sənət xadimləri barədə danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə mədəniyyət paytaxtımız Şuşada genişmiqyaslı tikinti-quruculuq və yenidənqurma işləri aparılır.

Sonra tədbir rayon mədəniyyət işçilərinin ifasında maraqlı konsert proqramı ilə davam edib. Gənclərin ifasında təqdim olunan “Naz eləmə” və “İgidlər” rəqsləri, “Qara qız”, “Şuşanın dağları” mahnıları, nağaraçılar qrupunun çıxışı və fləşmob iştirakçılarda xoş təəssürat yaradıb.

***

Sumqayıt RMİ Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində "Şuşa İli"nə həsr olunmuş "Ritm bir dünyadır" adlı nağara ifaçılığı müsabiqəsinin 1-ci turu keçirilib. Müsabiqəyə regional idarə üzrə Sumqayıt şəhər, Abşeron, Qubadlı, Şuşa və Xızı rayonlarının mədəniyyət müəssisələrindən 12-25 yaş arası ifaçılar qatılıb.

Nurəddin