9-10 aprel tarixlərində Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan, mütəfəkkir şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Xəzinə” tamaşasının premyerası keçiriləcək.
Nizami “Xəmsə”sinin motivləri əsasında yazıçı-ssenarist Hafiz Ataxanlının qələmə aldığı epik pritçanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Rəqslərin quruluşu isə Vüsal Mehrəliyevə məxsusdur. Tamaşada Əməkdar artist Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Habil Xanlarov, Yalçın Səlimov, Siyavuş Mahmudov, Cavanşir Eyyubzadə, Vəfa Qurbanova, Ümid Abbas, İlahə Səfərova, Şəmistan Süleymanlı, Aynur Hümmətova, Məryəm Hüseynli, Kamran Muradlı, Rövşad İlyasov, Etibar Əmirov və Orxan Firudinov çıxış edirlər.