Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” pyesinin motivləri əsasında hazırlanan eyni adlı tamaşanın məşqləri gedir.
Teatrın baş rejissoru Anar Babalının quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.
İkihissəli komediyada Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücəddin Mirzəyev, artistlərdən Əlibala Əsgərov, Qızıgül Quliyeva, Allahverən Babayev, Aynur Əhmədova, Miraslan Ağayev, Əbülfəz Axundov və Sayad Əliyev rol alırlar.
Tamaşanın premyerası mayın əvvəlinə nəzərdə tutulur.