Azərbaycan Dövlət Tərcümə Mərkəzinin  “Şuşa İli” münasibətilə fransız dilində hazırladığı “Qarabağ atları” məqaləsi Fransanın “La Gazette” xəbər portalında yayımlanıb.

Məqalənin müəllifi tarix üzrə fəlsəfə doktoru Hacı Abdulla, fransız dilinə tərcüməçisi Dövlət Tərcümə Mərkəzinin mütəxəssisi Fərhad Tağızadədir.

“La Gazette” portalı səhifələrində beynəlxalq aləmdə cərəyan edən ictimai-siyasi proseslərlə yanaşı, elm və mədəniyyət hadisələri ilə bağlı xəbər və materiallara da geniş yer verir.

Məqalənin linki: https://www.lagazetteaz.fr/news/culture/8403.html