Aprelin 8-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində həkim-rəssam Rauf Canıbəyovun “Köhnə Bakı – fırça yaddaşında” adlı sərgisinin açılışı olacaq.
Muzeydən verilən məlumata görə, bir neçə sənət sahəsi ilə məşğul olan R.Canıbəyovun əsasən yağlı boya, karandaş və rəqəmsal qrafika ilə işlədiyi əsərləri böyük maraq doğurur. Rəssam əsərlərinin əksəriyyətini köhnə Bakıya, onun sakit küçələrinə, məhəllələrinə, milli memarlığına, mehriban sakinlərinin məişətinə həsr edib.