“Şuşa İli” çərçivəsində daha bir layihə Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının dəstəyi ilə reallaşacaq. “Şuşadan dünyaya” adlı proqram Əməkdar artist, tanınmış vokalçı Ramil Qasımovun təqdimatında “Mədəniyyət” kanalında efirə çıxacaq.
Ramil Qasımovun sözlərinə görə, Azərbaycan Prezidentinin sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi və həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən xalqımız üçün əziz məkan və Zəfər rəmzi olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması incəsənət xadimlərini də yeni təşəbbüs və layihələrə sövq edir.
“İnanıram ki, “Şuşadan dünyaya” layihəsi də bu xüsusda Azərbaycan mədəniyyəti və incəsənətinə yeni bir töhfə olacaq”, – deyə o bildirib.