Cavid İmamverdiyev gənc opera rejissorları müsabiqəsinin münsiflər heyətinə daxil olub
22-28 may tarixlərində Moskvada 5-ci “Nano-Opera” gənc opera rejissorlarının beynəlxalq müsabiqəsi keçiriləcək.
“Qelikon-Opera” Moskva Musiqili Teatrında gerçəkləşəcək müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev də yer alacaq.
Rusiyanın Xalq artisti Dmitri Bertmanın rəhbərliyi ilə keçirilən “Nano-Opera” müsabiqəsi “Qelikon-Opera” teatrının Moskva Hökuməti və Moskva Şəhəri Mədəniyyət Departamenti ilə birgə layihəsidir.
Müsabiqənin iştirakçıları "Qelikon-opera" teatrının artistləri ilə ariyanın (I tur), duetin (II tur) və kütləvi səhnənin (III tur) quruluşu üzərində işləyəcəklər.