Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əhatə etdiyi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Şuşa İli” münasibətilə tədbirləri davam edir.
Mərkəzi Kitabxana Yasamal rayon İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbdə “Şuşa Qarabağın döyünən ürəyidir” adlı tədbir təşkil edib. Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova tədbiri açaraq “Şuşa İli”nin əhəmiyyətini qeyd edib, ümummilli lider Heydər Əliyevin Şuşa haqqında fikirlərini bölüşüb: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Tədbirdə məktəbin uşaq birliyinin rəhbəri Həmidə Hüseynova Şuşa ilə bağlı hazırlanan sərgi haqqında məlumat verib. İştirakçılar sərgi ilə tanış olub, məktəblilər qala-şəhərimiz haqqında məlumat verib, şeirlər söyləyiblər.
***
Mərkəzi Kitabxananın 158 nömrəli tam orta məktəbdə elan etdiyi “Şuşa İli” ilə bağlı “Əziz Şuşa, sən azadsan!” adlı inşa müsabiqəsinə yekun vurulub. Ayşə Abdullazadə, Muhəmməd Qurbanlı və Leyla Müseyibova müsabiqəsinin qalibi olublar. Qaliblərə və məktəbin müəllimi Zəmləkət Zamanovaya Mərkəzi Kitabxananın fəxri fərmanları təqdim edilib.