Lənkəran Dövlət Dram Teatrında növbəti səhnə əsərinin məşqləri başlanıb. Sənət ocağı yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” pyesinə müraciət edib.
İkihissəli tarixi-psixoloji dram əsasında hazırlanan eyniadlı tamaşanın mövsümün sonunadək təqdim edilməsi nəzərdə tutulub.
Səfəvi hökmdarı Şah Abbasın həyatının müxtəlif məqamlarını əks etdirən tamaşanın quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıxov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Səhnə əsərində Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücəddin Mirzəyev, artistlərdən Əlibala Əsgərov, Əbülfəz Axundov, Miraslan Ağayev, Allahverən Babayev, Səyad Əliyev, Emil Rzayev və Rauf Zeynalov rol alırlar.