Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzində “Kitab həftə”si keçirilib. Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də iştirak edib.

AMM-in guşəsində ölkəmizlə bağlı kitablar, o cümlədən Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı nəşrlər nümayiş etdirilib. Nəşrlər arasında AMM-in özbək dilində çap etdirdiyi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən” kitabları da yer alıb.

Tədbirdə AMM-in naxış və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanıb. AMM-in “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.