“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində alimlərin və digər qonaqların iştirakı ilə elmi seminar keçirilib.
Qoruğun direktoru Musa Mursaquliyev Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətindən bəhs edib.
Qoruq ərazisində uzun müddət elmi tədqiqat işləri aparmış Bakı Dövlət Universitetinin (BDU) dosenti, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev divar boyakarlığının nümunəsi olan freskaların tədqiqi və qorunmasından danışıb.
BDU-nun professorları Hüseyn Xəlilov və Valeh Nəsibov da Ağstafa ərazisindəki memarlıq, dini, tarixi abidələrdən söz açıblar.
Əməkdar müəllim İndira Səmədova, Ağstafa Dövlət Rəsm Qalereyasının direktoru Gülgün Kərimov və başqaları çıxış edərək abidələr haqqında məlumatların gənc nəslə çatdırılması, qorunması sahəsində görülən işlərdən danışıblar.