Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası və İctimai Televiziyanın birgə həyata keçirdiyi “Görünməyən qəhrəmanlar” sənədli filmlər layihəsi davam edir.
Kinostudiyadan bildirilib ki, sənədli filmlər silsiləsinin ikinci hissəsi çəkilir. Silsilənin ikinci hissəsində “Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi”, “Dövlət Təhlükəsizliyi Xidməti”, “Mülki həkimlər”, “Hərbi həkimlər” və “Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu” adlı sənədli filmlər yer alır.
Filmlərin süjet xəttində xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi və əldə etdiyimiz Qələbədə müzəffər Ordumuzla yanaşı onu dəstəkləyən digər birliklər, qüvvələr və böyük fədakarlıq göstərən əsgər və zabitlərimizi ölümün pəncəsindən alıb həyata qaytaran tibb işçilərindən bəhs edilir.