"ASAN Könüllüləri" Təşkilatı və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənc kinematoqrafçılar" layihəsinin bağlanış mərasimi olub.

Mərasimdə "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova, AKİ-nin katibi Əli İsa Cabbarov iştirak ediblər.

Layihə çərçivəsində iştirakçılar AKİ-nin peşəkar rejissor və ssenaristlərinin təcrübələrindən yararlanaraq Azərbaycan kinematoqrafiyası ilə yaxından tanış olublar.

Bağlanış mərasimində layihə üzrə təşkil olunan dərslərin gedişində rejissorların hazırladığı bir kadrlı film və 3 xarakter video izlənilib və ssenaristlərin mətnləri nəzərdən keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.