Prezident İlham Əliyev aprelin 21-də Azərbaycan diasporunun inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə 6 nəfər “Dostluq” ordeni, 11 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.

Təltif olunanlar arasında müxtəlif ölkələrdə uğurlu fəaliyyət göstərən və Azərbaycan mədəniyyətini təbliğ edən tanınmış incəsənət xadimləri (Rusiyada yaşayan xoreoqraf Eldar Əliyev, Fransada yaşayan pianoçu Adilə Əliyeva, Estoniyada çalışan teatr xadimi Rauf Afşarov, ABŞ-da fəaliyyət göstərən kamança ifaçısı İmamyar Həsənov və başqaları) də var.

***

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Dostluq” ordeni ilə

 

Əliyev Eldar Ağabala oğlu

Əliyeva Adilə Seyfulla qızı

Krapivin Oleq Andreyeviç

Məmmədov Əmirullah Məmmədəli oğlu

Nisanov Qod Semyonoviç

Şıxlinski Şahin Mütvəli oğlu

 

“Tərəqqi” medalı ilə

 

Abdullayev Çingiz Əli oğlu

Abdullazadə Xatirə Sərdar qızı

Avşarov Rauf Muxtar oğlu

Bağırova Frəngiz Arif qızı

Cavadova-Spitsberq Cəmilə Cəlil qızı

Əhmədov İlham Ənvər oğlu

Həsənov İmamyar Fikrət oğlu

Qayıblı Xaqani İsmayıl oğlu

Qonçarova-İoffe Kamelliya Kamal qızı

Muradov Nazim Zirəddin oğlu

Nəcəfov Hacalı Nəcəf oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 aprel 2022-ci il