Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları təsdiqlənib. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

20 aprel 2022-ci il tarixli əmr ilə təsdiqlənən Qaydalara əsasən, qeyd olunan məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə vasitəsilə həyata keçirilir.

Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Müsabiqə ildə bir dəfə təşkil olunur.

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları bu linkdə: http://culture.gov.az/medias/media/other/786/qebulqaydalari.pdf