Azərbaycan Alban-Udi Xristian Dini İcmasının üzvləri Xocavənd rayonunun Tuğ kəndində Müqəddəs İohann kilsəsini ziyarət edib.

Pasxa bayramı ilə bağlı Xocavəndə səfər edən icma nümayəndələri Hadrut qəsəbəsində olub, rayonun Hünərli və Tuğ kəndlərinə gedərək müqəddəs məbədləri ziyarət ediblər. İşğaldan azad olunandan sonra Tuğda ilk dəfə kilsə zəngi səsləndirilib.

Müqəddəs İohann alban kilsəsi XIII əsrdə inşa edilib. İşğal dövründə ermənilər təmir-bərpa adı ilə məbədi erməni-qriqorian kilsəsinə çevirməyə çalışıblar.

Nurəddin