İsmayıllı RMİ-nin təşkilatçılığı ilə “Azərbaycan doğma diyarımdır” adlı tədbir keçirilib. Azsaylı xalqların mədəniyyət və incəsənətinin tanıdılması və təbliğ edilməsi məqsədilə keçirilən tədbirdə RMİ-nin rəisi Elçin Nəcəfov, idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.

Tədbirdə bildirilib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, azsaylı xalqların sülh, əmin-amanlıq və dostluq şəraitində yaşadığı bir məkandır. Burada əsrlər boyu azsaylı xalqlar və etnik qruplar öz adət-ənənələrini, dillərini, dini baxışlarını, özünəməxsus həyat tərzlərini qoruyub saxlayıblar.

Tədbirdə müxtəlif etnik qruplara məxsus mətbəx nümunələri sərgilənib, “Lahıc”, “Hapıt”, “Ləzgi”, “İvanovka” folklor kollektivləri öz dillərində mahnılar ifa ediblər.

Nurəddin