Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin türk mədəni irsinin qorunması və yaşadılması istiqamətində məqsədyönlü siyasəti unudulmaz dövlət xadiminin dəyərli xidmətlərindəndir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının böyük liderinin çoxşaxəli irsinin təbliği məqsədilə “Heydər Əliyev və ümumtürk mədəni irsi” adlı layihənin həyata keçirilməsi ilə bağlı iş aparılır.

Kitabın ideya və ön söz müəllifi fondun prezidenti Günay Əfəndiyevadır. Nəşrin məsləhətçisi, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov eyni zamanda ulu öndər haqqında geniş təqdimat yazısını hazırlayıb.

Yekunlaşma üzrə olan kitabda Heydər Əliyevin türk ölkələrinin tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, ziyalı nümayəndələrinin onunla bağlı xatirələrini əks etdirən fotolar da yer alır.