Gəncə şəhərində Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun (1919-1946) qəbirüstü abidəsi ziyarət edilib. Ziyarətdə Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov, idarə əməkdaşları, İsrafil Məmmədovun qohumları və İsrafil Məmmədovun Ev-Muzeyinin əməkdaşları iştirak ediblər.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi “Qürur yerimiz” kitabının təqdimatı keçirilib.

Gəncə Dövlət Filarmoniyasında şəhid və qazi ailələrinin övladları üçün ilk dəfə “Multikosmos” adlı şou proqram təşkil olunub. Proqram Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə RMİ-nin təşəbbüsü, Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə reallaşıb.

Sumqayıt RMİ Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin kollektivi Vətən müharibəsi şəhidi Aydın Əliyevin ailəsini ziyarət edib.

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsinin şəhid kapitanı Şirbala Hüseynovun doğum günü ilə əlaqədar xatirə gecəsi keçirilib. Tədbirdə Sumqayıt Dövlət Dram Teatrının aktyoru Şəhla Məmmədova və qiraətçi Adil Səfərov tərəfindən “Bu gecə yuxuma gəlmişdin, oğlum!” adlı kompozisiya təqdim edilib.

Sumqayıt Dövlət Rəsm Qalereyasında şəhid və qazi övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə qalereyanın əməkdaşı Günel Hüseynova tərəfindən ustad dərsi keçirilib.

Sumqayıt RMİ-nin əhatə etdiyi Şuşa rayon Mədəniyyət evi və rayon Malıbəyli kənd Mədəniyyət evinin kollektivi Vətən müharibəsi şəhidi Hilal İmanzadənin ailəsini ziyarət edib.

RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən I Qarabağ müharibəsi şəhidi Bəhmən Mehdiyevin 60 illiyi münasibətilə “İzin qaldı” adlı tədbir keçirilib.

Nurəddin