“Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq.

Müsabiqəyə seçilmiş əsərlər 18-21 may tarixlərində Xətai Sənət Mərkəzində nümayiş olunacaq.

Aşağıdakı linkdəki elektron kataloqda adları yer almış müəlliflər əl işlərini mayın 16-dan sonra Xətai Sənət Mərkəzinə sərgilənmək üçün təqdim etməlidir.

https://www.yumpu.com/xx/document/read/66828814/azerbaycanim-v-resm-festivali-2022

Rəsmlər çərçivədə təqdim olunmalıdır. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və təşəkkürnamə ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə ən yaxşı 10 rəsmin müəllifi festivala dəvət olunacaq. Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, “Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalı çərçivəsində ənənəvi müsabiqə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli”nə töhfə olaraq elan olunub.

Müsabiqənin məqsədi uşaqların, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mədəniyyətini, şanlı Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərin mədəni irsinin daha geniş təbliğ etməkdir.

Yekun sərgiləri Xətai Sənət Mərkəzinin sosial media hesabları, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyası sosial media hesabları və internet saytı (www.azgallery.az) vasitəsilə izləmək mümkün olacaq.