Sentyabrın 18-19-da Şuşa şəhərində “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfrans Prezidentin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Konfransda “Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı” və “Şuşada kreativ iqtisadiyyatın formalaşdırılması” istiqamətləri üzrə məruzələr dinləniləcək.

Məruzələr Azərbaycan (türk), rus və ingilis dillərinin birində elektron formada 18 avqust tarixinədək Təşkilat komitəsinə (resmiyyesabir@gmail.com) göndərilməlidir.