Mədəniyyət Nazirliyinin “Şuşa İli”nə töhfə olan “Vətənin özü tarixin gözü ilə” adlı yeni layihəsinə start verilib.

Layihə çərçivəsində Mədəniyyət Nazirliyinin sosial media hesablarında Şuşanın tarixi və mədəni obyektlərinin işğaldan öncə, işğal dövrünə və hazırkı vəziyyətinə dair müqayisəli fotoları, eləcə də həmin obyektlər haqqında maarifləndirici məlumatlar yayımlanacaq.