Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən “Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə Fəaliyyət Planı”na uyğun olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə ustad dərsləri keçirilir.
İdarədən bildirilib ki, növbəti ustad dərsini K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbində Əməkdar müəllim İlhamə Ağayeva violin ifaçılığı ixtisası üzrə keçirib. O, şagirdlərlə öz tövsiyələrini verib və ifaçılıq sirləirini bölüşüb.
Qeyd edək ki, ustad dərslərinin keçirilməsində məqsəd məktəblərdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də müəllimlərə metodiki köməklik göstərilməsidir.