Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin görmə qüsurlu uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbi Azərbaycan Dövlət Mahnı Teatrında “Şuşa İli”nə həsr olunmuş “Şuşam mənim, Vətənim mənim” adlı konsert proqramı təqdim edib.
Tədbirdə idarənin rəisi İbrahim Əliyev, uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Məktəblilərdən ibarət xor və ansamblın ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.