Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası ilə birgə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Muzeyin direktoru Fərqanə Cabbarova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, bu günün tarixi önəmi haqqında danışıb.
Tədbir İncəsənət Gimnaziyasının 10-cu sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı İsgəndər Fatehin solo konserti ilə davam edib.