Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 28 nömrəli Uşaq musiqi məktəbində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Mayın 26-da keçirilən tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Munis Bayramov, Baş İdarənin sektor müdiri Bətulə Məmmədəliyeva, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, uşaq musiqi, incəsənət məktəblərinin direktorları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aparıcı Müstəqillik Gününün tarixi haqqında danışaraq tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri vətənpərvərlik ruhunda mahnılardan ibarət zəngin proqramla çıxış ediblər. Müxtəlif müsabiqələrin laureatları olan şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.