Misirin Şarm əl-Şeyx kurort şəhərində müxtəlif ölkələrdən olan fiqurlu konkisürmə ustalarının və həvəskarların iştirakı ilə festival keçirilib.
Dünyanın bir çox yerlərindən gəlmiş turistlərin böyük maraq göstərdikləri festivalda azərbaycanlı qız Fərah Məhəmməd buz üzərində “Uzundərə” rəqsini ifa edib.
Milli geyimdə olan Fərahın qüsursuz ifası və buz üzərində mükəmməl texniki bacarığı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Festivalda gənc Fərahın ifasına tamaşa edənlər arasında Şarm əl-Şeyxdə istirahət edən azərbaycanlı turistlər də olub.
Buz üzərində “Uzundərə” rəqsi bu linkdə: https://video.azertag.az/site/video/143726