Prezident İlham Əliyev mayın 30-da “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, “Azərbaycan Radiosu” və “Beynəlxalq Radio”nun bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının qorunub saxlanılması, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.