Qobustan Milli Tarix-Bədii Qoruğunda 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib. Qoruğun direktoru Vüqar İsayev tədbirə qatılan uşaqları təbrik edib.

Abşeron rayonu Qobu qəsəbə 4 nömrəli İncəsənət məktəbinin şagirdləri və Qaradağ rayonu Qobustan qəsəbəsi Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin özfəaliyyət ansamblı konsert proqramı ilə çıxış edib. Uşaqların ifasında şən mahnılar və rəqslər tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Balaca rəssamların əl işlərindən ibarət sərgi də nümayiş olunub.