XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadinin (1872-1950) 150 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, “Məmməd Səid Ordubadi–150” adlı elektron bazada ədibin həyat və fəaliyyəti, Azərbaycan tarixi roman janrında tutduğu müstəsna mövqeyi, müəllifi olduğu əsərlər  barədə məlumatlar yerləşdirilib. Həmçinin onun haqqında yazılan kitablar, dissertasiyalar və dövri mətbuat nümunələrinin siyahıları da təqdim edilib. Bazada M.S.Ordubadinin “Molla Nəsrəddin” jurnalı ilə ünsiyyəti və sıx bağlılığı haqqında geniş məlumat verilib. Ordubadinin Xatirə Muzeyi haqqında da materiallar toplanıb.

Kitabxananın saytında yerləşdirilən “Məmməd Səid Ordubadi–150” adlı elektron bazası ilə bu linkdə tanış olmaq olar: https://ryl.az/melumat-bazalari/Memmed_Seid_Ordubadi_el_melumat_bazasi/index.html