İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Şuşa İli” münasibətilə bu il anadan olmasının 210 illiyi qeyd edilən Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının tamaşası nümayiş olunub.

Səhnə əsərinin rejissoru Elşən Salehov, quruluşçu rəssamı Malik Ağayev, səs operatoru Süleyman Yaqubov, səs rejissoru Maqsud Kərimovdur.

Mədəniyyət Mərkəzinin İsmayıl bəy Qutqaşınlı adına Xalq teatrının kollektivi tərəfindən səhnələşdirilən tamaşada Gündüz Mürşüdlü (Müsyö Jordan), Xəyal Gəncimov (Hatəmxan ağa), Afət Əliyeva (Şəhrəbanu), Aişə İbrahimova (Şərəfnisə), Cəhanə Əzizli (Gülçöhrə), Leyla Zakirova (Xanpəri), Nihat Cəlilzadə (Şahbaz), Elşən Salehov (dərviş Məstəli şah), Müsavər Qasımov (Qulaməli) çıxış ediblər.

Tamaşadan sonra RMİ-nin rəisi Elçin Nəcəfov teatr kollektivi ilə görüşüb, səhnə əsəri  haqqında təəssüratlarını bölüşüb. Xatirə şəkilləri çəkdirilib.

Nurəddin