İyunun 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

Muzeyin şöbə müdiri Ülviyyə Şəmmədova “15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü” mövzusunda çıxış edib.

Tədbirdə bəstəkar, Xalq artisti Vasif Allahverdiyevin “Heydər Əliyev – ömür yolu” simfonik poemasının film versiyası nümayiş olunub.