“ASAN Radio” və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə həyata keçirdiyi “Ədibin Evi”ndən hekayələr” media layihəsi davam edir.

Layihənin məqsədi rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, ədiblərimizin klassik hekayələrini daha geniş auditoriyaya tanıtmaqdır.

Layihənin növbəti buraxılışında görkəmli yazıçı, ədəbiyyatşünas, pedaqoq Mir Cəlalın (1908-1978) "Nazik mətləb" (1958) hekayəsi təqdim olunub.

Əsər tanınmış telejurnalist Ceyhun Əli tərəfindən qiraət edilib.

Hekayəni https://www.facebook.com/ASANRadio/videos/545512583842153 linki vasitəsilə dinləmək olar.

Qeyd edək ki, Mir Cəlalın “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında 2021-ci ildə “Nazik mətləb” bədii filmi çəkilib.