Bu il böyük Azərbaycan şairi, ədəbi-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 illiyi tamam olur.

Bədii fikirdə milli oyanış və dirçəlişin ən fədakar carçılarından olan Sabir mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisidir. O, milli ədəbiyyatımızda təkcə satirik poeziya və tənqidi realizmin klassik nümayəndəsi deyil, həm də bir-birindən gözəl uşaq şeirlərinin müəllifi kimi tanınır.

Sabirin 160 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Görkəmli satirik şair – Mirzə Ələkbər Sabir” adlı elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazasında şairin əsərlər, haqqında yazılan kitab və məqalələr, tədqiqat işləri, fotolar, portretlər, əsərlərinə çəkilmiş illüstrasiyalar, hazırlanan filmlər və s. yer alır.

“Görkəmli satirik şair – Mirzə Ələkbər Sabir”  elektron məlumat bazası ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/emb/M.E.Sabir/index.html