Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə Nazirliyin 2022-ci il 20 aprel tarixli 119-f nömrəli əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları” (bundan sonra Qaydalar) təsdiq edilmişdir.
Qaydalara əsasən, məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Test imtahanı 7 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında 18 iyul 2022-ci il saat 09:00-dan 28 iyul 2022-ci il saat 17:00-dək həyata keçiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.
Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola bilərlər.
https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan
Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.
Namizədlər müsahibə mərhələsi ilə bağlı ətraflı məlumatı Qaydalardan (http://culture.gov.az/az/umumi-xeberler/14275) əldə edə bilərlər.
Müsahibə mərhələsi üzrə proqramla aşağıda qeyd olunan link vasitəsilə tanış olmaq olar: