Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” çərçivəsində elan olunan heykəltəraşlıq müsabiqəsinin müddəti 1 sentyabr 2022-ci il tarixinədək uzadılıb.

Martın 15-də başlanan müsabiqə 15 iyun tarixində başa çatmalı idi. Ötən müddətdə müsabiqəyə heykəltəraşlar tərəfindən bir çox nümunələr təqdim edilib.

Bununla belə, nümunələrin qəbulu üçün müddətinin az olması ilə bağlı heykəltəraşların istəkləri nəzərə alınaraq, müsabiqənin vaxtının uzadılması qərara alınıb.

Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Müsabiqənin nəticələri barədə məlumatların əsas mərhələ başa çatdıqdan 15 gün sonra – 15 sentyabr 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanması nəzərdə tutulur.

Mükafatlar:

Birinci yer (1 nəfər) – I dərəcəli diplom və 8000 manat

İkinci yer (2 nəfər) – II dərəcəli diplom və 4000 manat

Üçüncü yer (3 nəfər) – III dərəcəli diplom və 3000 manat

Həvəsləndirici mükafat (10 nəfər) – 500 manat

“Şuşa İli” ilə bağlı heykəltəraşlıq müsabiqəsi barədə daha ətraflı bu linkdə:

https://culture.gov.az/az/umumi-xeberler/14463