Sumqayıt RMİ-nin tabeliyindəki Şuşa rayon Mədəniyyət evi və Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evinin kollektivləri şəhid polkovnik-leytenant, “Azərbaycan Bayrağı” ordenli Zaur Cəfərovun ailəsinə baş çəkiblər.

***

Xaçmaz RMİ-nin əhatə etdiyi Qusar rayon Mədəniyyət Mərkəzi Köhnə Xudat Qazmalar kənd Sənətkarlıq evinin əməkdaşları şəhid Ayaz Həmidovun ailəsinə baş çəkib, yaxınları ilə birlikdə məzarını ziyarət ediblər.

***

Şəki RMİ Şəki şəhər MKS-nin N.Nərimanov adına 8 nömrəli kitabxana filialı və M.İsmayılov adına Diyarşünaslıq evinin işçiləri şəhid Kazım Məmmədsalahovun ailəsini ziyarət edib.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı I Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Səfiyar Behbudovun (1967-1992) anadan olmasının 55 illiyi münasibətilə “Dastana dönən oğullar” adlı anım günü keçirib. Çıxışlarda qəhrəmanın həyatı və döyüş yolu haqqında söz açılıb, məktəblilər vətənsevərlik haqqında şeirlər səsləndiriblər.

MKS-nin 2 saylı kitabxana filialı 18 saylı orta məktəbdə Vətən müharibəsi şəhidləri Nurhan Abbasov və Həsən Bayramovun doğum günləri münasibətilə “Qəhrəmanlıq yolu” adlı tədbir keçirib.