İyunun 21-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Evripidin “Medeya” əsəri əsasında hazırlanan eyniadlı monotamaşanın premyerası keçirilib.

Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Kamil İsmayılov, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Lalə Hacıyeva, işıq üzrə rəssamı Rafael Həsənovdur.

***

Şuşa Dövlət Musiqili Dram Teatrı isə iyunun 25-də sənətsevərləri Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasına baxmağa dəvət edir.

Mirzə Fətəli Axundzadənin məşhur komediyasında hadisələr Azərbaycanın Qarabağ bölgəsində cərəyan edir. Fransadan Qarabağa qonaq gələn Müsyö Jordan öz vətəninə qayıdanda gənc Şahbazı da özü ilə Fransaya aparmaq qərarına gəlir...

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.