Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin növbəti səyyar iclası Sumqayıt şəhərində keçirilib. İclas rgional Metodiki Mərkəzləri tərəfindən görülən işlərə həsr olunub. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, MİHİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Rəşad Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Fərman Kazımov, MİHİ Respublika Komitəsinin Rəyasət Heyətinin üzvləri, Respublika Komitəsinin Regional Ərazi Metodiki Mərkəzlərinin məsul şəxsləri iştirak ediblər.
Sumqayıt Dövlət Dram Teatrında keçirilən iclasın rəsmi hissəsindən sonra Sumqayıt RMİ-nin təşkil etdiyi konsert təqdim olunub. Konsertdə Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin şagirdləri çıxış ediblər. Konsert proqramını MİHİ Abşeron rayon komitəsinin sədri, Əməkdar müəllim İkram Manafovun dirijorluğu ilə məktəbin xalq çalğı alətləri orkestri müşayiət edib.