Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı iyunun 26-da “Zəfər yolu” tamaşasının növbəti nümayişi ilə mövsümü başa vurub.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə həsr olunan səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov olan tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov və başqaları çıxış edirlər.

Tamaşanın səhnə tərtibatını Azər Paşa Nemətov və Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu verib, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əsgərov, rejissor assistenti Nərmin Həsənovadır.