Bu il Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin (1842-1907) anadan olmasının 180 illiyidir.

Azərbaycan Milli Kitabxanası əməkdaşları tərəfindən yubiley münasibətilə “Həsən bəy Zərdabi” adlı virtual sərgi hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Həsən bəy Zərdabinin müəllifi olduğu əsərlər, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Hesen_Bey_Zerdabi/index.htm

***

Respublika Gənclər Kitabxanası da Həsən bəy Zərdabinin 180 illik yubileyi münasibətilə videomaterial və biblioqrafik icmal hazırlayıb.

Videomaterialda Zərdabinin həyat və yaradıcılığı, Azərbaycan mətbuatı və maarif sahəsinin inkişafında əvəzsiz xidmətlər haqqında məlumat verilir. Materiallarda Həsən bəy Zərdabinin həyatı üç mərhələyə - Azərbaycanda mətbuatın təməlini qoyan “Əkinçi” qəzetindən əvvəl, qəzetin fəaliyyət göstərdiyi və nəşrinin dayandırıldığından sonrakı  dövrlərə bölünüb.

Biblioqrafik icmalda Həsən bəy Zərdabinin müəllifi olduğu və haqqında yazılan kitablar haqqında məlumat verilib.

Materiallar kitabxananın saytında yerləşdirilib:

https://ryl.az/multimedia/hesen-bey-zerdabi

https://ryl.az/funds/biblioqrafik-icmal